• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 13.03.2017 12:37

Həm özlərini, həm də başqalarını zəhərləyənlər saxlandılar

KepezTV Player

Sumqayıt polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Şəhər Polis İdarəsi əməkdaşları Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Cabir Qayıbovu şübhəli şəxs qismində saxlayıblar. Onun üzərinə baxış keçirilərkən şübhələr özünü doğruldub. Qayıbovun üstündən 1 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan əlavə olaraq 2 kiloqram 45 qram heroin və 3 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran vətəndaşından aldığını bildirib. 

Biləsuvar polisi də iki kiloqramdan çox narkotiki dövriyyədən çıxarıb. RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad sakini Elnur Quliyev saxlanılıb. Məlum olub ki, o, bir müddət əvvəl İrana gedib və orada Hacı adlı şəxsdən satış məqsədi ilə külli miqdarda narkotik vasitə alıb. Daha sonra narkotiki qaçaq yolla Azərbaycana keçirib. Saxlanılan zaman Elnur Quliyevin üzərindən  tiryək və heroin aşkar edilərək maddi sübut kimi götürülüb. 

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.