• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 13.03.2017 10:35

Fittipaldi 600 at güclü motoru olan superkar hazırladı

Formula-1 yarışlarının ikiqat çempionu və “İndi 500” prestijli Amerika yarışının qalibi Emerson Fittipaldi tərəfindən əsası qoyulmuş Fittipaldi Motors şirkəti Cenevrə avtosalonunda yeni əl işini göstərib. EF7 Vision Gran Turismo adlı ultrayüngül superkar həm PlayStation 4 oyun konsolunda peyda olacaq, həm də az tirajda istehsal ediləcək. Avtomobilin dizaynı üzərində Pininfarina atelyesi işləyib. Mühəndislik isə HWA firmasına aidir. Yenilik özündə tamamilə karbon materiallı iki yerlik kuzovu birləşdirir. Maşının çəkisi 1000 kiloqramdır və yalnız yarışlar üçün nəzərdə tutulub. Çəkisini azaltmaq üçün EF7-də adi şüşələri polikarbonat analoqları ilə əvəzləyiblər, güzgülərin yerinə isə arxa görünüşü göstərən kameralar quraşdırılıb. Superkar 4,8 litrlik 8 silindrli atmosfer mühərriklə təchiz olunub, at gücü isə 600-ə çatır. Motor 6 pilləli ardıcıl transmissiya ilə vəhdət təşkil edir. Superkarın alıcıları Fittipaldinin şəxsən özündən təlim almaq şansı qazanırlar, təlim uğurlu alınarsa müştərilər “Fittipaldi Racing Club”a üzv seçilə bilərlər. Fittipaldi EF7 superkarının sayı və qiyməti barədə açıqlama verilmir.

Cavanşir Məmmədzadə