• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 13.03.2017 10:33

Yeni Kia Picanto debüt etdi

İsveçrənin Cenevrə şəhərində müasir dizaynlı Kia Picanto modeli sərgilənib. Onun geniş salonu və A sinfində seçilən bir çox özəllikləri var. Dizayn Koreya və Almaniyada işlənib hazırlanıb. Modelin “cəsarətli” xarici görünüşü olsa da, yalnız 5 qapılı versiyada təklif olunur. Daxildə yeni 7 düymlük sensor ekran quraşdırılıb və materialların keyfiyyəti yaxşılaşdırılıb. Picanto-nun ölçüləri əvvəlki kimi qalıb, təkər bazası isə 15 mm artıb. Bu isə salon və baqajı daha da genişləndirib. Koreya şirkəti həmçinin iddia edir ki, kuzovun daha möhkəm olması və müasir avtonom təcili əyləc sisteminin meydana çıxması avtomobilin təhlükəsizliyini artırıb. 2018 Kia Picanto ilk satışlarda bir neçə versiyada bazara çıxarılacaq. Alıcılar yeni 1,0 litrlik 99 at güclü turbomotor, 1,0 litrlik 66 at güclü atmosfer və 1,25 litrlik 83 at güclü mühərriklərindən birini seçmək imkanı əldə edəcəklər.

Cavanşir Məmmədzadə