• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2420
— 11.03.2017 16:04

Gəncə cüdo məktəbinin yetirməsi İlkin Babazadə ilk dəfə "Böyük Dəbilqə" turnirinə qatılıb

KepezTV Player

31 ölkədən 183 cüdoçunun qüvvəsini sınadığı Bakıda keçirilən nüfuzlu yarışda tatami ustası 66 kq-da debüt edib. Babazadə İlk görüşdəcə uduzaraq mükafatçılar sırasından kənarda qalsa da, onun turnirdə iştirakı təcrübə qazanmaq baxımından mühüm rol oynayıb. İlkinin çəkisində özü ilə birlikdə 4 yerli idmançı çıxış edib ki, onlardan da heç biri medal əldə edə bilməyib. "Böyük Dəbilqə" İlkin Babazadəyə gələcək yarışlar üçün stimul verəcək.

Orxan Cəfərzadə