Cenevrədə almanlar Porsche Panamera Sport Turismo adlı konsept nümayiş etdiriblər. Yeni maşın Panamera model ailəsini genişləndirməklə böyük praktiklik təklif edib, ancaq modelin idman stili qorunub saxlanılıb. Universalda əsas özəllik Shooting Brake stilində damın peyda olmasıdır. Nəticədə baqajın həcmi 520 litrə çatdırılıb, arxa oturacaqları qatlmaqla isə yük yerini 1390 litrədək artırmaq olar. Panamera Sport Turismo öz model sırasında arxada üç sərnişin üçün yer təklif edən ilk avtomobildir. Universal bazarda beş variantda satılacaq. İlkin qiymət isə 96200 dollardır.
Cavanşir Məmmədzadə
- Baxış: 314