• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 10.03.2017 22:11

Tovuzda ağır qəza: ölən və yaralılar var

Tovuzda ağır yol qəzası baş verib. Qovlar-Quşçu avtomobil yolunda "BMW" markalı avtomobillə "VAZ -2106" toqquşub. Nəticədə avtomobillərdən binin sərnişini, rayonun Qovlar şəhər sakini 26 yaşlı Samir Nuriyev dünyasını dəyişib. Sumqayıt şəhər sakini 26 yaşlı Ceyhun Əbdürrəhmanov və daha bir nəfər müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Baş vermiş qəza ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Elton Cabbarlı