• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 799
— 10.03.2017 16:19

Gəncəli kiy ustası Tofiq Quliyev Azərbaycan çempionatının mükafatçısı olub

KepezTV Player

Gəncəli kiy ustası bilyardın qarışıq piramida növü üzrə keçirilən Azərbaycan çempionatının mükafatçısı olub. Tofiq Quliyev Nizami yurdunu respublika çempionatında təmsil etmiş bilyardçılar arasında fərqlənərək yarışın bürünc medalını qazanıb. Bununla da o, aprel ayında Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə əldə edib. 8 ildir ki, bu oyunla peşəkar səviyyədə məşğul olan 38 yaşlı Quliyev bilyardın bir neçə növü üzrə ustaddır. Quliyev əvvəlki illərdə Azərbaycan çempionu, dəfərlərlə ölkə çempionatının gümüş və bürünc medallarına sahib olub. Beynəlxalq turnirlərin də mükafatını qazanan idmançı dünya və Avropa çempionatlarının iştirakçısıdır.

Tofiq Quliyev- Azərbaycan çempionatının bürünc mükafatçısı: “Bu yarış bir az ağır keçdi. Bu yarışda əvvəlki yarışlardan fərqli olaraq 44 nəfər iştirak edirdi. Bu yarışa neçə ay idi hazırlaşırdım, çempion olmağa gedirdim. Yarı finalda Avropa 2-si Seyhun Ağayevlə qarşılaşdım, 5:4 məğlub olub, bürünc mükafata layiq görüldüm”.

Azad Rəfi