• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 10.03.2017 15:36

Şəmkirdə Qarabağ müharibəsi əlillərinə evlər verilib

KepezTV Player

Şəmkirdə 3 əlil ailəsi Novruz bayramını artıq yeni evlərində qeyd edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunan fərdi evlərin açarları Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Rayonun Keçili kəndində, Çinarlı və Kür qəsəbələrində tikilən evlərin hər biri 3 otaqlıdır, qaz, elektrik enerjisi və su ilə təchiz edilib. Evlərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılıb. Evlərin təqdimatı mərasimində Şəmkirdə 180 Qarabağ müharibəsi əlili, 215 şəhid ailəsi yaşadığı, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 3 yaşayış binasında 60 mənzil və 20 fərdi ev, 80 minik avtomobilinin verildiyinə diqqət çəkilib. Hazırda bu qəbildən olan insanlar üçün 6 mənzil tikintisi aparılır, daha ikisinin inşası isə plandadır. Mənzillə təmin edilənlər bunu dövlətin imtiyazlı kateqoriyadan olan vətəndaşlara diqqəti kimi qiymətləndirib.

Vasif Əsgərov- ikinci qrup əlil: “Biz 5 nəfərik, 3 övladım, 2 də özümüz, 3 otaqlı mənzildir. Gözəl də tikilib, yaxşı da təmir olunub, hər cür şəraiti var. Bundan belə heç bir problemimiz yoxdur. Əsas problemimiz ev idi, bir də minik maşını idi, onları da təmin edib sağ olsun”.

Məhəmməd Əsgərov- ailənin oğlu: “İndi biz bu evdə qəşəng qalacağıq və evimiz isti və çox gözəldir. Mənim bir arzum vardı ki, evimiz tez tikilib  başa çatsın”.

 

Natiq Hüseyn