• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1960
— 10.03.2017 12:46

Yığmamız qonşu ölkəylə eyni qrupda

Martın 16-17-də İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Dünən Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi baş tutub.  Püşkə əsasən yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxıstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. Proqrama martın 16-da yarımqrup görüşləri, ayın 17-i isə final görüşləri reallaşacaq.

Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda klassiklərimiz Dünya Kubokunun sahibi olub. 

 

Orxan Cəfərzadə