• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2227
— 10.03.2017 12:04

Millimiz Qətərdən üzüağ dönüb

Futbol üzrə milli komandamız növbəti yoldaşlıq oyununda qüvvəsini sınayıb. Yığmamız səfərdə Qətər seçməsi ilə qarşılaşıb. Dünya Çempiontı 2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçiriləcək görüşə hazırlıq xarakteri daşıyan görüşdə komandamız 2:1 hesabıyla qələbə qazanıb. Millimizin qollarına Tərlan Quliyev və Araz Abdullayev imza atıb.

 

Yoldaşlıq oyunu

9 mart

 

Qətər – Azərbaycan - 1:2

Qollar: Tabata, 55 - Tərlan Quliyev, 52, Araz Abdullayev, 63

Hakimlər: Ferens Karako, Peter Berettian, Balaş Buzas (hamısı Macarıstan), Saoud Al Athba (Qətər)

Doha. “Əl-Sadd” stadionu

 


Orxan Cəfərzadə