• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 10.03.2017 10:12

“Azərbaycanda Dövlət İnvestiya Bankı yaradılmalıdır...”

KepezTV Player

Aqrar sektor riskli sahə sayıldığındna bu sahənin maliyyə təminatını bütün dünyada bir qayda olaraq dövlət tənzimləyir. Bu isə subsidiya formasında birbaşa maliyyə yardımları, sığortalama və verginin tətbiqi ilə həyata keçirilir. Sonuncunun ölkədə tətbiqi aqrar sektorda mövcud olan bir çox problemin həllində önəmli variant sayılır.

Azərbaycanda aqrar sektorun dövlət tərəfindən maliyyə təminatı bir neçə formada həyata keçirilir - bu yanacaq və sürtgü yağlarına görə subsidiya, texnikanın lizinqlə verilməsi və Sahibkarlığa Kömək Milli Fondunun kreditləri hesabına.  Özəl sektor tərəfindən də bu iş kreditlərin verilməsi və kənd təsərrüfatı məhsullarının sığortalanması yolu ilə gerçəkləşdirilir. Amma...

Elçin Salahov- iqtisad üzrə fəlsəfə doktoru: “Kommersiya banklarının verdiyi kreditlərin şərtləri çox kəskin olur. Bank faizləri yüksək- təxminən 25% civarında olur, rentabellik səviyyəsi isə bundan çox aşağı olur. Kredit götürülməsi özünün iqtisadi mahiyyətini itirir. Bu baxımdan ziddiyyət daşıyır. Çünki bankların məqsədi kənd təsərrüfatını stimullaşdırmaq deyil, mənfəət əldə etməkdir".

İkincisi ölkədə sığorta sahəsində mövcud olan 25 sığorta şirkətinin 5-i kənd təsərrüfatının sığortalanması ilə məşğul olur. Statistik rəqəmlərdə isə ümumi yığılan sığorta haqqında kənd təsərrüfatının payı 0.34% təşkil edib. Halbuki, ÜDM-də kənd təsərrüfatının payı 5-6%-ə bərabərdir. Amma sığorta yığımında heyvandarlığın payı 82%, bitkiçilik məhsulları isə 18%-dir. Bitkiçilikdə risk və ödəmələr çox olduğuna görə, aydın məsələdir ki, sığorta kampaniyaları da buna maraq göstərmir. Burada dünya təcrübəsindən istifadə etmək təklif olunur.

Elçin Salahov- iqtisad üzrə fəlsəfə doktoru: "Birinci dövlət sığorta şirkətləri təşkil olunur və həmin şirkətlər dövlət tərəfindən maliyyələşdirilir. Məsələn ABŞ və Kanadada sığorta ödəmələrinin təmxinən 50%-ə qədəri dövlət tərəfindən büdcə tərəfindən maliyyələşdirilir. Tarif dərəcələri və ödəmə məbləği dövlətin qoyduğu qaydalar hesabına həyata keçirilir. Bu nöqteyi nəzərdən Azərbaycanda Dövlət İnvestiya Bankı yaradılmalıdır. Onun fəaliyyəti kommersiya xarakteri daşımamalıdır".

Mütəxəssis ölkədə kənd təsərrüfatı sahəsində çalışanların vergiyə cəlb edilməsini onların fəaliyyətinin izlənməsi baxımından əhəmiyyətli sayır. Həmçinin vergi sisteminin tətbiqi ilə istifadəsiz qalan torpaqlar və istifadə olunmamasının səbəbini çox asanlıqla müəyyən etmək olar. İnkişaf etmiş ölkələr də maliyyə yardımı müqabilində aqrar sektorda vergi  tətbiq edirlər. Məsələn, ABŞ- da bu rəqəm 15-28%, Avropada 25-28% təşkil edir. Ancaq fermer gəlirini yenidən investisiya və istehsala cəlb edirsə, texnika alırsa bu halda vergidən azad olunur.

Elçin Salahov- iqtisad üzrə fəlsəfə doktoru: "Məqsəd nədir orada? Bu vergi fiksal mahiyyət daşımır. Büdcə ödəmələri üçün məcburi xarakter daşımır. Məqsəd stimullaşdırmaqdır. Fermeri işləməyə məcbur etməkdir. Kim səmərəli və effektiv işləyirsə, o vergidən bəhrələnə bilir. Vergini ödəmir. Bu gün kənd təsərrüfatında mühasibat uçotunun aparılması problemi böyükdür. Real rəqəmlər yoxdur. Təsərrüfatlar necə fəaliyyət göstərib hansı nəticələr əldə edirlər. Nəzarət də vergidən başlayır. Vergi verilmirsə, deməli hesabat da verilmir. Ona görə kənd təsərrüfatında real vəziyyətin necə olması bir qədər təhrif olunur".

Azərbaycanda aqrar sektora maliyyə yardımının inkişafa təkan verməməsinin bir səbəbi də istehsalçıların sərəncamında olan torpaq sahəsinin çox kiçik olmasıdır.

Məhərrəm Hüseynov- iqtisad elmləri doktoru, MM-in eksperti: "Bu gün kənd təsərrüfatı məhsulları istehsalçılarının 70%-nin mülkiyyətində olan torpaq sahəsi 3ha-a qədərdir. 17%-nin 3-5 ha arasıdır. Biz dedik iri təsərrüfat olmalıdır. 50 ha və ondan çox olanlar isə cəmi 0.4%-dir. Kənd təsərrüfatı istehsalı kooperativi yaradanda idxalı əvəz edən ixrac yönümlü məhsulların istehsalına biz nail ola bilərik".

Əkinə yararlı torpaq sahəsi çox az olan İsraildə fermerlərin 75%-i 10 ha torpağa sahibdir. Ancaq məhsulun 76%-ni kooperativlər istehsal edir.

 

Jalə Qurbanova