• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1142
— 10.03.2017 10:02

Uçan avtomobil təqdim olundu

İtaldesign atelyesi və Airbus şirkəti Cenevrədə uçan avtomobil konseptini nümayiş etdirib. Pop. Up modeli yerdə şütüyə də bilir. Maşının əsasını iki nəfərlik kapsul-salon təşkil edir. Karbon materialından hazırlanan avtomobilin uzunluğu 2,6, eni 1,4, hündürlüyü isə 1,5 metrdir. Uçuş modulu kvadrokopter kimi düzəldilib və 8 ədəd tərsinə fırlanan propollerlə təchiz olunub. Hərəkət rejimini dəyişmək üçün xüsusi hazırlanmış proqramdan istifadə etmək lazımdır. Proqramda planlaşdırılan səfəri qeyd etdikdən sonra maşın özü avtomatik şəkildə münasib hərəkəti seçəcək. Modullar kapsul kimi kompekt batareyalarla təmin olunub. Yerdə avtomobil iki elektromotorla hərəkətə gəlir və maksimum 100 km/saat sürət yığır. Gediş ehtiyatı isə 130 kilometrdən çox deyil. Tam enerji yığmaq üçün uçan maşına 15 dəqiqə kifayətdir. Uçuş zamanı Pop. Up 182 at gücünə malik olur və elə göydə də sürət saatda 100 kilometri ötmür. Uçuş isə 100 kilometr məsafə ilə məhdudlaşır. Uçan avtomobilin bazara çıxmaq vaxtı və qiyməti barədə məlumat verilmir.

 

Cavanşir Məmmədzadə