Samsung Galaxy C5 Pro səssiz-sədasız bir şəkildə bazara çıxarılıb. Bundan təxminən iki ay əvvəl təqdim olunan model 2 GHz sürətində işləyən səkkiz nüvəli Qualcomm Snapdragon 625 prosessoruna və Adreno 506 GPU-ya yiyələnib. Galaxy C5 Pro, Full HD keyfiyyətli 5.2 düymlük ekran da qazanıb. Əlavə olaraq cihazın 4 GB RAM-ı var. Bunun yanında da 64 GB-lıq daxili yaddaş və 16 MP-lik iki ədəd kamera quraşdırılıb. Yaddaş kartı üçün microSD dəstəyi aparatın daxilindədir. Cihazın ön tərəfində olan düyməsində barmaq izi skanı da var. Galaxy C5 Pro ilə Galaxy C7 Pro-nun texniki xüsusiyyətlər baxımından tamamilə eyni olduğunu sezmək olar, lakin onların arasında bir fərq var: sonuncu daha böyük ekran ölçüsünə yiyələnib. Samsung Galaxy C5 Pro-nun qiyməti 360 dollardır.
Cavanşir Məmmədzadə
- Baxış: 849