• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 09.03.2017 16:46

Amil Həmzəyev ilk dəfə “Ulduzların oyunu”nda oynayacaq!

KepezTV Player

Gəncəli basketbolçu Amil Həmzəyev Ukraynada təşkil olunan “Ulduzların oyunu”nda iştirak edəcək. Həmzəyev Şimal-Şərq yığmasının heyətində yer alacaq.

Ukrayna Basketbol Federasiyası bu oyun üçün namizədlərin siyahısını əvvəlcədən açıqlayıb. Təxminən bir həftə davam edən səsvermədə Amil xeyli səs toplayaraq rəqiblərindən öndə olub. Amma federasiya müəmmalı şəkildə nəticələri ləğv edərək seçim imkanını basketbolçular və məşqçilərin ixtiyarına buraxıb. Millimizin üzvü də məhz mütəxəssislər tərəfindən “Ulduzların oyunu”nda çıxış etməyə layiq hesab edilib.

Rizvan Səfərov- ABF-in Qərb regional nümayəndəliyinin rəhbəri: “Ulduzların oyunu”nda oynamaq idmançı üçün ən sevindirici haldır. Çünki “Ulduzların oyunu”nda oynayacaq idmançını xalq seçir. Amil də “Ulduzların oyunu”nda iştiraka layiq görüldü və bu oyunda Gəncəmizi təmsil edəcəkdir”.

Hər mövqe üzrə 5 namizədin seçildiyi ən yaxşılar arasında Amil Həmzəyev mərkəz oyunçusu ampluasında rəqib həmkarlarından fərqləndirilib. Ümumiyyətlə, basketbolçu ötən ilin yayından şərəfini qoruduğu “Kremen” klubunun heyətində daimi oyunu ilə seçilir. Təsadüfi deyil ki, o, dəfələrlə məhsuldarlığı ilə turun simvolik komandasına düşüb.

Rizvan Səfərov- ABF-in Qərb regional nümayəndəliyinin rəhbəri: “Amil Həmzəyev artıq bir sezondur ki, Ukraynanın “Kremen” komandasının heyətində çıxış edir. İlk dəfə legioner həyatı yaşamasına baxmayaraq, uğurla çıxış edir. O, qarşısına böyük məqsədlər qoyub və digər böyük çempionatlarda oynaya bilər ”.
“Ulduzların oyunu” martın 12-də baş tutacaq. Dnepr şəhərində keçiriləcək oyunda Cənub-Qərb – Şimal-Şərq yığmaları üz-üzə gələcək.

Azad Rəfi