• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2124
— 09.03.2017 16:20

"Barselona"nın gecəsi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib. Gecədə əsas diqqətlər Barselonaya yönəlib. İlk oyunda PSJ-yə 0:4 hesabı ilə uduzan "Barselona" bu dəfə rəqibini "Nou Kamp"da qonaq edib. Bu nəticəylə hamı parislilərin artıq mərhələ adladığını düşünsə də, kataloniyalılar bu fikri boşa çıxardaraq inanılmazı bacarıblar. 3-cü dəqiqədə Luis Suares və 40-cı dəqiqədə Layvin Kurzavanın öz qapısına vurduğu qol sayəsində ispanlar fasiləyə 2:0 öndə yollanıb. İkinci hissədə də oyuna hakim olan barsadan 50-ci dəqiqədə Lionel Messi penaltini qola çevirərək hesab arasındakı fərqi 3-ə yüksəldib. 62-ci dəqiqədə Edinson Kavani fərqlənərək fransızları ümidləndirsə də, təslim olmaq istəməyən prineylilər görüşün sonunda 3 dəfə rəqib qapısına düşə biliblər. Əvvəlcə 88-ci dəqiqədə cərimə zərbəsindən mükəmməl qola imza atan Neymar ardınca əsas vaxta artırılan 1-ci dəqiqədə təyin olunan penaltini də qolla tamamlayaraq hesabı 5:1 edib. Ancaq mərhələ adlamaq üçün bu nəticədə də meydan sahiblərini qane etməyib və 1 qol da vurmalı olublar. Barselona isə bunu son saniyələrdə reallaşdıra bilib.  Qonaqların süni oyundan kənar vəziyyət yaratmaq istəyini boşa çıxaran Sergi Roberto şansını qaçırmayaraq bəlkə də karyerasının ən yaddaqalan qoluna imza atıb. Beləliklə 6:1 qalib gələn Barselona iki oyunun nəticəsinə görə 1/4 finala yüksəlib və hər şeyin ikinci qarşılaşmada həll olunduğunu bir daha sübut edib.

Günün digər qarşılaşmasında Dortmund "Borussiya"sı evdə Benfikanı sınağa çəkib. Birinci görüşdə minimal hesabla məğlub olan almanlar bunun əvəzini artıqlaması ilə çıxıb. Oyuna sürətli başlayan dortmuntlular 4-cü dəqiqədə Aubameyanqın qoluyla önə keçib. İlk yarıda başqa qol olmayıb. Fasilədən sonra da fəal olan meydan sahiblərindən 59-cu dəqiqədə Kristian Pulişiç portuqalları ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Bundan sonra qonaqlar qapısından daha iki top buraxıb. 61 və 85-ci dəqiqələrdə Aubameyanq iki dəfə diqqətləri üzərinə cəlb edərək het-trik edib və həm də yekun hesabı müəyyənləşdirib. 4:0 qələbə qazanan Borussiya növbəti mərhələyə çıxıb.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

8 mart

 

“Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1

Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

İlk oyun: 0:4

 

“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) - 4:0

Qol: Obameyanq, 4, 61, 85, Pulisiç, 59

Baş hakim: Martin Atkinson (İngiltərə)

İlk oyun: 0:1

Orxan Cəfərzadə