Şəmkir-Gədəbəy yolunda qəza baş verib. Yasamal aşırımlarında, Şəmkirin Qasımalılar kəndi ərazisində Gədəbəydən Şəmkir istiqamətində hərəkətdə olan 64 yaşlı Zirəddidin Vəliyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman sərnişinlər, 15 yaşlı Elzaməddin Vəliyev və nənəsi 63 yaşlı Vəzifə Vəliyeva hadisə yerində dünyasını dəyişib. Sürücü Qabil Vəliyev isə yüngün bədən xəsarətləri alaraq, xəstəxanaya aparılıblar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşı olduğundan ambulator müalicəyə buraxılıblar. Qeyd edək ki, sürücü Zirəddin Vəliyev əvvəlcə nəqliyyat vasitəsini 15 yaşlı yeniyetmənin idarə etdiyini söyləyib. Lakin əməliyyat zamanı ifadəsinin yanlış olduğu məlum olub. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Ya piyadamı diqqətsiz davrandı, özünü və sürücünü pis vəziyyətdə qoydu, ya da sükan sahibi məsuliyyətsizlik etdi. Paytaxtda baş verən ağır yol qəzasının dəqiq səbəbləri təbii ki, araşdırmalarla aydınlaşacaq. İndidən bilinənsə bir nəfərin ölümü, digərinin məsuliyyətə cəlb olunacağıdır. Hər halda nəticə heç bir halda ürəkaçan deyil. Bu da o deməkdir ki, piyadayıqsa piyada kimi, sürücüyüksə sürücü kimi maksimum məsuliyyətli, diqqətli və qanunsevər olmalıyıq.
Paytaxtın Xətai rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib. Hadisə Nobel prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil piyada keçidinin olmadığı ərazidə yolu keçən Tovuz rayon sakini 23 yaşlı Elsevər Mahmudzadəni vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən digər “Mercedes”in ön şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib. Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar
Araşdıma zamanı məlum olub ki, tikintidə fəhləliklə məşğul olan Elsevər Mahmudzadə Nobel prospektində qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, axşam işdən çıxıb evə gedərkən qəzaya düşüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Natiq Hüseyn
- Baxış: 1283