Sedric adlı konseptin premyerası Volkswagen-in yeni texnologiya erasına qədəm qoymasından xəbər verir. Konsern yaxın gələcəkdə avtonom texnologiya üzrə liderlər cərgəsində yer almaqda israrlıdır. Konseptin sərnişinləri üçün yalnız bir düymə hazırlanıb, o da mikroavtobusu çağırmaqdan ötrüdür. Digər idarəetmə orqanları – sükan, pedal, sürət qutusu lingi isə aradan qaldırılıb. 4 yerlik Sedric müəyyən olunmuş yerə sərbəst şəkildə gedir. Konseptin bort elektroniki avtonom rejimin ən üst – 5-ci mərhələsini təmin edir. Bu o deməkdir ki, Sedric yolda özünü insan kimi aparır və çətin vəziyyətlərdə qərar qəbul etməyi bacarır. Bundan savayı, o, ətraf aləmdən məlumatlar toplayır və öz sərnişinləri ilə ünsiyyət qura bilir.
Cavanşir Məmmədzadə
- Baxış: 329