• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2404
— 09.03.2017 10:03

Ən stilli fitnes-bilərzik nəbzi qeydə alan sensor əldə etdi

Geyinilə bilən fitnes elektronikləri ishtehsal edən Fitbit şirkəti yeni Alta fitnes-treker modelini nümayiş etdirib. Alta HR indi nəbzi də qeydə almağı bacarır. İstehsalçılar əmin edirlər ki, onun batareyası 5 sutka bəs edir. Alta, monoxrom OLED-taçskrinli paslanmayan gümüş poladdan ibarətdir, ona dəri materialından müxtəlif rəngli qolbaq bərkitmək olar. Alta HR Fitbit məhsulları arasında ürək döyüntüsünü qeydə alan 5-ci məhsuldur. Bu işi həmçinin Charge, Blaze və Surge modelləri də yerinə yetirir. Cihaz hətta yüksək səviyyədə yuxu keyfiyyətini izləyir. Alta HR ötənilki modeldən 20 dollar baha -150 dollara satılır. Alta atılan addımları və itirilən kalorini qeydə alır, hətta sahibi xeyli müddət oturaqlı vəziyyətdə olarsa, onun hərəkət etməsi üçün xəbərdarlıq siqnalı verir. Microsoft Band kimi, yeni Fitbit də sahibinin velosipeddə yoxsa piyada getdiyini, idmanla məşğul olduğunu qeydə alır və informasiyanı mobil proqrama yükləyir.

Cavanşir Məmmədzadə