• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 812
— 09.03.2017 09:43

Gəncədə sərnişin avtobusları toqquşdu

Gəncədə Nizami prospektində yol nəqliyyat hadisəsi baş verib – 2 sərnişin avtobusu toqquşub. ARB Kəpəz xəbər verir ki, 6 saylı xətt üzrə hərəkət edən Hyundai markalı avtobus 20 nomrə altında sərnişin daşıyan İsuzu-ya arxadan çırpılıb. Qəza nəticəsində sərnişinlər və sürücülər xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə dayanacağın yaxınlığında baş verdiyindən digər nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.