• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2423
— 08.03.2017 15:21

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə keçirilən şahmat turniri bu il 4-cü dəfə təşkil olunacaq

KepezTV Player

Artıq ənənəvi yarışın vaxtı və iştirakçıların adlarına aydınlıq gəlib.
 

Ötən il olduğu kimi bu il də turnirdə 10 şahmatçı zəka savaşına çıxacaq. Lakin əvvəlki illərdən fərqli cari yarışa qatılacaq idmançıların reytinq əmsalına nəzər saldıqda zəifliyi müşahidə etmək olar. Əgər son olaraq 3-cü turnirdə Fabiano Karuana və Aniş Qiri kimi güclü şahmatçılar iştirak edirdisə, bu il onlar ölkəmizə gəlməyəcəklər. Həmin iti zəka sahiblərinin əvəzinə Uesli So, Vladimir Kramnik və debütant Veselin Topalov turnirdə mübarizə aparacaq. Bundan başqa Sergey Karyakin, Maykl Adams, Pantala Harikrişna, Pavel Elyanov və Radoslav Voytaşek də Şəmkirə təşrif buyuranlar arasında olacaq.

Bu ilki turnirdə ötən illə müqayisədə Azərbaycan şahmatçılarının da sayı azlıq təşkil edir. Yarışda 2 həmyerlimiz - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov ölkəmizi təmsil edəcək. 2014 və 2015-ci illərdə norveçli dünya çempionu Maqnus Karlsenin qalibi olduğu yarışın 3-cü ili Məmmədyarov bütün rəqiblərindən güclü olub. Bu il də onun mükafatçılar sırasında yer alacağına inam böyükdü.

Qeyd edək ki, turnir aprelin 20-i 30-u aralığında keçiriləcək. Yarışın təntənəli açılış mərasimi ayın 20-də olacaq.

 

Azad Rəfi