KepezTV Player
Gəncə qadınlarının ölkənin ictimai həyatında iştirakı fəaldır, iqtisadi-siyasi proseslərdə iştirakçılığı yüksəkdir. Şəhərdə əhalinin demoqrafik göstəricisi də zərif cinsin nümayəndələrinin xeyrinədir - 51-in 49 faizə nisbətində. Beynəlxalq Qadınlar Günü münasibətiylə şəhər fəallarının toplantısında Gəncədə təhsil və səhiyyənin aparıcı qüvvəsi olan qadınların dövlətçiliyin möhkəmlənməsində fəal mövqeyi yüksək qiymətləndirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncəyə verdiyi töhfələr Azərbaycan qadınının zəkasının, güc və qüdrətinin bariz nümunəsi kimi tərənnüm edilib. Bir qrup zərif cinsin nümayəndələrinə Gəncənin ictimai həyatında fərqləndiklərinə görə fəxri fərman və hədiyyələr təqdim olunub.
Xaliq Qurbanlı
- Baxış: 384