• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 08.03.2017 12:47

Ləmbəranda bağ yandı

KepezTV Player

Alov Bərdədə meyvə bağlarını cənginə alıb. Cana zərər gəlməməsi hadisənin sevindirici tərəfidir, ancaq xeyli ağac yanaraq kül olub.

Yanğın nəticəsində xeyli sayda ağac yanaraq məhv olub. Ləmbəran kənd icra nümayəndəsi yanğının qəsdlə törədilməsini mümkünsüz hesab edir. Səbəb hər il torpaqların əkinə hazırlanması zamanı bu cür hallara rast gəlinməsidir.

Rövşən Mahmudov -kənd icra nümayəndəsi: “Yazın gəlişiylə əlaqədar bağlarda təmizləmə işi aparırlar. Biri bostan əkir, biri nəsə başqa bitkilər əkir. Onunla əlaqədar, ocaq qalayır. Keçirmir, yaddan çıxır, bir də görürsən külək əsir, qorlanır, onunla əlaqədar yanır”.

 Yanğının ekologiyaya vurduğu zərər hesablanır.

Zülfiyyə Telmanqızı