• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1736
— 08.03.2017 13:03

Paytaxtda yanğınlar qeydə alınıb

KepezTV Player

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 12 m2 sahədə yanıb. Evin qalan hissəsi alovdan mühafizə olunub. Qaradağ rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan kafedə yanğın baş verib. Nəticədə obyektin çöl tərəfindən divarına çəkilmiş alkopandan ibarət üzlük və lambirdən ibarət tavan 16 m2 sahədə yanıb. Kafenin qalan hissəsi alovdan mühafizə olunub.

Zülfiyyə Telmanqızı