• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 08.03.2017 10:03

iPhone 7 Plus ilə tarakanların olduğu qaba əridilmiş alüminium tökərək test keçirdilər

TechRax adlı məşhur videobloqqerin iPhone smartfonlarını məhvetmə üsullarının deyəsən sərhədi yoxdur.

Növbəti video buna sübutdur. Növbəti dəfə videobloqqer iPhone 7 Plus-ın üzərinə əridilmiş metal tökməyi qərara alıb. Smartfonun yanında həmçinin bir neçə böyük Madaqaskar tarakanı olub. Niyə məhz tarakanlar? Məlumatlara görə, tarakanlar 1 həftə ərzində başları olmadan və nüvə partlayışından sonrakı vəziyyətdə belə yaşaya bilirlər. Bəs onlar əridilmiş alüminiuma tab gətirə biləcəklərmi? Videobloqqeri maraqlandıran məhz bu sual olub. Gözlənildiyi kimi bir neçə saniyə içərisində əridilmiş alüminiumun təsirindən iPhone 7 Plus yanıb. Bəs tarakanlara nə olub? Bunu öyrənmək istəyirsinizsə, videoya sona qədər baxın.

 

Cavanşir Məmmədzadə