• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 08.03.2017 10:01

Passat CC-ni bu model əvəzləyir

Passat CC modelini əvəz edəcək kupe formalı Arteon adlı sedan peyda olub. Yeni maşın Passatın 8-ci nəsil bazasında yığılıb. Satışlar yay aylarından başlayır. Sedan 95 mm (4862 mm) daha uzun, 39 mm (1871 mm) daha enli və 29 mm (1427 mm) daha alçaq alınıb. Yeniliyin təkər bazası 50 millimetr (2841 mm) artıb. Baqaj həcmi isə 563 litrdir. Arxa oturacaqları qatlamaqla bu göstəricini 1557 litrə çatdırmaq olar. Arteon demək olar tamamilə 2 il bundan qabaq nümayiş olunan Sport Coupe Concept GTE prototipini təkrarlayır. Seriyalı maşın bir qədər fərqli kuzovuna, kiçik dəyişikliyə uğramış optika və qapı tutqaclarına görə seçilir. 4 qapılı avtomobilin salonu praktiki olaraq cari Passatın eynisidir. Yeganə özəllik multimedia sisteminin monitorudur. Motor qamması üç benzin və üç dizel mühərrikdən ibarətdir.

 

Cavanşir Məmmədzadə