• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 08.03.2017 12:42

Bakı sakini Şəmkirdə avtomobil zərbəsinin qurbanı olub

Ötən gün axşam saatlarında Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 399–cu kilometrliyində, Şəmkir şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Kür qəsəbə sakini Məqsəd Alıməmmədov idarə etdiyi “VAZ 21114” markalı, 57 CA 123 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkdə olarkən yolu keçmək istəyən piyada, Bakı şəhər sakini 62 yaşlı Akif Mustafayeni vurub.  Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü polis tərəfindən saxlanılıb.  Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

 

Natiq Hüseyn