Təsərrüfat sahibi bir gün səhər ayıldıqda və saxladığı heyvanlarına baş çəkdikdə onlarla heyvanın cəsədi ilə qarşılaşıb. Bir gün ərzində heyvanların kütləvi ölümü təsərrüfatçını haqlı olaraq narahat edib. Varını - yoxunu itirən şəxs aidiyyəti qurumlara müraciət edib.
Mövlud Mustafayevin 30-40 baş qoyunu bir gündə tələf olub. Digərlərinin isə taqətsiz olduğunu müşahidə edib. Növbəti gün həmin heyvanlar da ölüb. Vəziyyətin belə olduğunu görən təsərrüfat sahibi rayon baytarlıq idarəsinə xəbər verib. Sahə baytarı heyvanları müayinə edib, heyvanlardan nümunələr götürülüb.
Ancaq zərərçəkmiş baytarlıq idarəsinin işindən narazı qalıb. Çünki bu hal davam edib. Daha bir neçə baş qoyun tələf olub. Şəki Baytarlıq İdarəsi isə heyvanların tələf olmasının ev sahibinin səhlənkarlığı ucbatından baş verdiyini düşünür. Çünki qəsəbədə digər təsərrüfatçıların mal-qarasında heyvanların kütləvi tələf olması halları və ya hər hansı bir xəstəlik qeydə alınmayıb.
Tələf olmuş heyvanlardan götürülən nümunələr laboratiyada yoxlandılqdan sonra nəticə bəlli olacaq.
Ümumiyyətlə isə Şəki rayonu ərazisində epizootik vəziyyətin sabit olduğu bildirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 676