• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2121
— 07.03.2017 13:42

Xeyli silah-sursat tapıldı

KepezTV Player

Mingəçevirdə zibillikdən xeyli sayda silah-sursat tapılıb. Polis əraziyə baxış keçirən zaman 1 ədəd "AKM" markalı avtomat, "TOZ-8", "İJ-16" markalı nömrələri silinmiş tüfənglər, süngü bıçaq, 3 patron darağı, 2 qumbara və 300-ə yaxın müxtəlif çaplı patronlar aşkarlayaraq götürüb. Tapılan odlu silahlar döyüş üçün yararlı hesab edilir. Onlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmaması hələ ki, məlum deyil. Polis bu istqiamətdə araşdırmalarını davam etdirir.

Zülfiyyə Telmanqızı