Pasxa adası
Sakit Okeanın cənub şərqində yerləşən bu kiçik adanı digərlərindən fərqləndirən moaya adı verilən, sirlərlə dolu heykəlləridir. Pasxa adasında 1500-dən çox yaşı olan təxminən 880 heykəl var. İnsanı xatırladan, daşdan yonulan 70-80 ton çəkili abidələrin bəzilərinin başına elə daşdan olan qırmızı papaqlar qoyulub. 10 tona yaxın çəkisi olan daşların hansı üsulla heykəllərin başına qoyulduğu isə hələ də müəmma olaraq alır. Yerli əhali bu əsərləri yaradanların quş adamlar olduğunu düşünür. Onları belə düşünməyə vadar edən səbəb isə adanın müxtəlif yerlərində nəzərə çarpan quş şəkilləridir. Əbəs yerə deyil ki, yerlilər adanı “quş adamlar ölkəsi” adlandırırlar. Onların bu adaya niyə gəldiyi və nə səbəbə hər şeyi yarımçıq qoyub getdiyi hələ də araşdırmaçılara məlum deyil.
Naska xətti
Perunun cənubunda yerləşən Naska dağ yamacında nəhəng həndəsi fiqurlara bənzəyən, müxtəlif formalı geoqliflər mövcuddur. Bu fiqurların mənasını mütəxəssislər hələ də açıqlaya bilmirlər. Ehtimal olunur ki, xətlər iri daşlar vasitəsiylə yaylanın sərt səthinə çəkilib. Bəzi alimlər yerlilərin yadplanetlilərlə əlaqə yaratmaq üçün bu xətləri çəkdiyini düşünürlər. Naska yaylasına ildə 20 dəqiqə yağış yağdığındın və səthinin sərt olduğundan bu xətlərə elə də ciddi zərər dəyməyib. İlk Naska xətləri 1926-cı ildə Perunun üstündən keçən təyyarənin pilotu tərəfindən təsadüf nəticəsində kəşf olunub.
Göbəklitəpə
Göbəklitəpə Türkiyənin cənub-şərqində, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən, dünyada ən qədim məbəd kompleksidir. 2003-cü ildə aparılan geomaqnit tədqiqatlarına əsasən, 12000 il yaşı olan bu məbəd e.ə. IX minilliyə aiddir. Tarixçilərin fikirlərinə görə, 12 min il öncə qədim insanlar ov edərək, mağaralarda yaşayırdılar. Onların oturaq həyata keçmələri bir neçə min illiklər sonra gerçəkləşmişdi. Göbəklitəpənin kəşfi isə bütün bu fikirlərin gerçək olmadığını sübut etdi. Göbəklitəpənin Mesopotamiya mədəniyyətinin əsasını qoyduğu da ehtimal olunur. Abidədə istifadə olunan daşların yaşı isə daha qədimdir.
Sfinks
Böyük sfinks qadın başlı, şir bədənli, quş qanadlı mifoloji varlıqdır. Bu nəhəng heykəl Misir ehramlarının yaxınlığında yerləşir və təxminən 6500 il yaşı var. Gizə yaylasında yerləşən bu heykəl dünyanın ən qədim abidəsi sayılır. Uzunluğu 73 m, hündürlüyü 20 metrdir. Sfinks şərqə baxır və pəncələrinin arasında məbəd yerləşir. Çox zərər görməyinə rəğmən onu tamamilə yox olmaqdan qoruyan amil isə uzun illər səhrada qumun altında qalmasıdır. Sfinksin nə məqsədlə ehramların qarşısına qoyulduğu, hansı vəzifəni daşıdığı hələ də bir sirr olaraq qalır. Dəfələrlə onun içərisində olan gizli tunellər araşdırılsa da, mütəxəssislər heç bir nəticəyə gəlməyiblər.
Yonaquni
Yonaquni piramidası Yaponiyanın cənubunda eyniadlı adanın yaxınlığında yerləşən sirli məkandır. Bu yer uzun illərdir alimlər arasında mübahisə məsələsidir – fenomen təbiidir, yoxsa insan tərəfindən yaradılıb? Sualtı piramida böyük pilləkənləri olan platformanı xatırladır. Bu pilləkənlər isə üçbucaq şəkilli mürəkkəb arnomentlərlə bəzədilib.
- Baxış: 1187