• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 07.03.2017 10:57

Populyar Renault Captur yeniləndi

Renault Captur ofroudu bazara bu yaxınlarda çıxsa da, ona marağın xeyli artması Avropada öz seqmentində bestseller olmasına gətirib çıxarıb. Renault-da ümid edirlər ki, yeni parametrlər və yüngül kosmetik dəyişikliklər “Kapturu” liderlər cərgəsində saxlayacaq. Yeni suvu bamperlərində quraşdırılmış LED işıqlarına, yüngülcə dəyişmiş bamper qoruyucuları və xrom zolaqlı radiator barmaqlığına görə tanımaq olar. Sonuncu məqam “böyük qardaş” Kadhjar modelini xatırladır və korporativ eynilik yaradır. Bundan başqa, yolsuzluq maşını tamamilə optik diod işıqlar və panoram dam əldə edib. Model ili 2017 olan Captur üçün iki kuzov rəngi təklif edilir: narıncı Atacama Orange və göy Ocaen Blue. Yuxarı hissə isə Platinum Gray rəngi ilə boyana bilər. 16 və 17 düymlü yeni 4 variantlı təkər disklərindən də bəhs olunur. Alıcılar üçün 30 variantda kuzov və 6 interyer paketi təklif edilir. Renault Capturun motor qamması 0,9 və 1,2 litrlik benzin turbomotordan, eləcə də 1,5 litrlik dizel mühərrikdən ibarətdir.

Cavanşir Məmmədzadə