• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 693
— 07.03.2017 10:55

Beynəlxalq sərginin ən yaxşı mobil cihazı seçildi

Bu yaxınlarda başa çatan Mobil Dünya Konqresində sərgilənən telefonlar arasında ən yaxşı mobil cihaz seçilib. Sərgidə LG, Sony və Nokia kimi nəhəng şirkətlər istehlakçılarını ən yeni smartfonları ilə tanış edib. Konqresin ən yaxşısı isə Xperia XZ Premium seçilib. Dünyanın ilk 4K HDR ekranına sahib olan bu telefon, olduqca böyük maraq çəkib. Ekran xüsusiyyətlərindən başqa Snapdragon 835 prosessoru və Motion Eye texnologyalı kamerası ilə də diqqətləri cəlb edən telefon son dərəcə iddialıdır. Yeni kamera saniyədə 960 keyfiyyətli kadr çəkmək iqtidarındadır. Dizayn cəhətdən böyük bir yenilik gətirməyən Xperia XZ premium, əvvəlki model Z5 Premium kimi parlaq görüntüyə sahibdir. Suya və toza davamlı cihazın çəkisi 195 qram, ekranı 5,5 düymlük 4K HDR-dir. 4 Gb Ram-a malik aparatın 13 Mp-lik ön, 19 Mp-lik əsas kamerası var. Yaddaş həcmi 64 Qb-dır. 3230 mAs isə onun batareya tutumudur.

Cavanşir Məmmədzadə