• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 06.03.2017 19:12

Gənc oğlan kafedə bıçaqlanaraq, öldürüldü

KepezTV Player

Televizorun yüksək səsi...Qəribə heç nə yoxdur. Ancaq təəssüf ki, səs belə, bəzən cinayət törətmək üçün səbəb ola bilirmiş. Paytaxtda qonşu əlini elə bununçün qonşusunun qanına bulayıb. Soyuq silahla törədilən növbəti qətl kafedə yaşanıb. Bu dəfə də gəncin həyatına son qoyublar.

Bakıda qətl törədilib. Hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib. Cəbrayıl rayonundan olan məcburi köçkün, 57 yaşlı Səxavət Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 46 yaşlı Müşfiq Şükürovu şişlə öldürüb.Belə ki, yuxarı mərtəbədə yaşayan Müşfiq Şükürovun televizor və maqnitafona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Alt mərtəbədə yaşayan Səxavət Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra mübahisə daha da qızışıb. Qarşı tərəfin söyüş söyməsi isə son hədd olub və Səxavət Mehdiyev kabab çəkilən şişi qonşusunun bədəninə soxaraq onu öldürüb.Hadisəni törədən şəxs saxlanılıb. Səbail rayonu Salyan yolu küçəsi 40 ünvanında yerləşən kafelərdən birində də qanlı olay yaşanıb. Şamaxı rayon sakini, 25 yaşlı Ceyhun Qurbanovla şəxsiyyəti hələlik məlum olmayan şəxs və ya şəxslər arasında dava düşüb.Bu zaman Ceyhun Qurbanov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım stansiyasına çatdırılsa da orada ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı