• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1666
— 06.03.2017 19:36

Yola çıxmağa peşman oldular

KepezTV Player

Yenə yollar və yenə də yola çıxmağa peşiman olanlar. Bu gün də ya səhv manevrlər, ya diqqətsizlik, ya məsuliyyətsizlik, ya da ki, sadəcə belə olmalıydı deyə olan qəzalar xəbərə çevrilib...

Şirvan şəhər sakini, 28 yaşlı Zahid Eyvazov evdən qaçırdığı “Hundai” markalı avtomobillə Heydər Əliyev prospektində hərəkət edərkən nəqliyyat vasitəsi “Mersedes” markalı avtomobillə toqquşub. Daha sonra digər “Mersedes” və “Vaz-2107” -yə çırpılıb. Qəza zamanı avtomobillər ciddi zədələnərək yararsız hala düşüb. Nəticədə “Hyundai”in sürücüsü ilə “Mersedes”lərdən birinin sürücüsü, 46 yaşlı Vidadi Cəfərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qalır. Şirvanda daha bir qəza İsmayılov küçəsində qeydə alınıb. Şirvan sakini, 62 yaşlı Rüstəm Abışov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda hüquq-mühafizə orqanları hadisə yerindən qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı