• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 06.03.2017 13:24

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var

Bu gün səhər saatlarında Şəmkir-Kür qəsəbəsi avtomobil yolunun Təzəkənd kəndi ərazisində keçən hissəsində yol qəza hadisəsi baş verib. Çinarlı qəsəbə sakini Elşad Kərimovun idarə etdiyi “VAZ 21 06” markalı avtomobillə Kür qəsəbəsi sakini Elşən İsayevin sükanı arxasında əyləşdiyi “Ford” markalı minik maşını toqquşub. Nəticədə “VAZ”ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. İlkin ehtimala görə, qəzaya sürücülərdən birinin manevretmə qaydasını pozması səbəb olub. Fakt araşdırılır.

 

Natiq Hüseyn