• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2240
— 06.03.2017 12:19

Liderlər turu itkisiz bitirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında bu həftə derbi həyəcanı yaşanıb. 27-ci tur çərçivəsində Liverpulda yerli komanda Arsenalı qonaq edib. Artıq 9-cu dəqiqədə meydan sahibləri hesabı açıblar. Roberto Firmino tablonu işə salıb. Fasiləyədək qonaqlar qapılarında daha bir qol görüblər. 40-cı dəqiqədə Sadio Mane hesab arasındakı fərqi ikiyə çıxarıb. 57-ci  dəqiqədə Arsenaldan Velbek fərqlənərək topçuları ümidləndirsə də, yekunda London klubu məğlubiyyətdən qaça bilməyib. Əsas vaxta artırılan 1-ci əlavə dəqiqədə Corcino yerli azarkeşləri 3-cü dəfə sevindirərək oyunda son nöqtəni qoyub. 3:1 Liverpulun qələbəsi

Liderlər qrupunda yer alan Mançester Siti isə bu tur Sanderlendlə görüşüb. Xosep Qvardiolanın yetirmələri oyunda 2:0 hesabıyla qalib gələrək 3-cü pillədəki mövqeyini qoruyub. Birinci hissənin başa çatmasına 3 dəqiqədə qalmış Serxio Aquero rəqib qapısına yol taparaq komandasını fasiləyə üstün yollayıb. 59-cu dəqiqədə isə Leroy Sane ikinci dəfə yerli azarkeşləri ayağa qaldıraraq oyunda yekun hesabı müəyyənləşdirib.

İkinci sırada qərarlaşan Tottenhem də evdə Evertonla qarşılaşmada sensasiyaya imkan verməyib. Hotspurlulardan 20 və 56-cı dəqiqələrdə Harri Keyn qonaq komandanı mərkəzdən başalamağ məcbur edib. Liverpul təmsilçisi 81-ci dəqiqədə Romelu Lukaku ilə fərqi mimimuma endirib. Əsas vaxta artırılan 2-ci dəqiqədə Dele Alli yenidən 2 topluq fərqi bərpa edib. Ancaq bu qol da oyunda sonuncu olmayıb. Cəmi bir dəqiqə sonra Enner Valensiya növbəti topu meydan sahiblərinin qapısından keçirsə də, nəticədə Tottenhem 3:2 hesabıyla qələbə qazanıb.

 

İngiltərə Premyer Liqası

XXVII tur

4 mart

 

“Mançester Yunayted” – “Bornmut” – 1:1

Qollar: Roxo, 23 - Kinq, 40 (pen.) 

 

“Lester” – “Hall Siti” - 3:1

Qollar: Fuş, 27, Mahrez, 59, Hadllston, 90 - Qrosiçki, 14
 

“Stok Siti” – “Midlsbro” - 2:0

Qollar: Arnautoviç, 29, 42
 

“Suonsi” – “Bernli” - 3:2

Qollar: Llorente, 12, 90+2, Olsson, 69 - Qrey, 20, 61
 

“Uotford” – “Sautqempton” - 3:4

Qollar: Deni, 4, Okaka, 79, Dukur, 90+4 - Tadiç, 28, Redmond, 45+2, 86, Qabbiadini, 83
 

“Vest Bromviç” – “Kristal Pelas” - 0:2

Qol: Zaha, 55, Tounsend, 86

 

“Liverpul” – “Arsenal” - 3:1

Qollar: Firmino, 9. Mane, 40. Viynaldum, 90+1 - Uelbek, 57

 

5 mart

“Tottenhem” – “Everton” - 3:2

Qollar: Keyn, 20, 56, Alli, 90+2 - Lukaku, 81, Valensiya, 90+1
 

“Sanderlend” – “Mançester Siti” - 0:2

Qollar: Aquero, 42, Sane, 59

 

6 mart

00:00 “Vest Hem” – “Çelsi”

 

Turnir cədvəli

 

1.

Çelsi

26

20

3

3

55:19

63

2.

Tottenhem

27

16

8

3

53:20

56

3.

Mançester Siti

26

17

4

5

53:29

55

4.

Liverpul

27

15

7

5

58:34

52

5.

Arsenal

26

15

5

6

55:31

50

6.

Mançester Yunayted

26

13

10

3

39:22

49

7.

Everton

27

12

8

7

44:30

44

8.

Vest Bromviç

27

11

7

9

36:34

40

9.

Stok Siti

27

9

8

10

32:40

35

10.

Sauthempton

26

9

6

11

32:34

33

11.

Vest Hem

26

9

6

11

35:44

33

12.

Bernli

27

9

4

14

30:40

31

13.

Uotford

27

8

7

12

33:47

31

14.

Bornmut

27

7

6

14

37:52

27

15.

Lester

27

7

6

14

30:45

27

16.

Suonsi

27

8

3

16

35:59

27

17.

Kristal Pelas

27

7

4

16

35:46

25

18.

Middlsbro

27

4

10

13

19:30

22

19.

Hall Siti

27

5

6

16

24:53

21

20.

Sanderlend

27

5

4

18

24:50

19

 

 

Orxan Cəfərzadə