• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 06.03.2017 12:16

İspaniya La Liqasında 26-cı turun oyunları keçirilir

Bu tur çempionluğa iddialılar yenə böyükhesablı qələbələrlə azarkeşlərini sevindiriblər. Eybar səfərinə yollanan Real 4:1 qalib gəlib. Qarşılaşmaya fəal start verən kral klubu 14 və 25-ci dəqiqələrdə Kərim Benzemanın ayağına yazılan qollarla hesabda önə keçib. 29-cu dəqiqədə bu dəfə məhsuldar ötürmə ilə yadda qalan Benzema Xames Rodrigesin fərqlənməsində rol oynayıb. 60-cı dəqiqədə Asensio da qol vuranların siyahısına qoşularaq hesabı biabırçı həddə çatdırıb. 72-ci dəqiqədə isə ev sahiblərindən Ruben Penanın adını tabloya yazdırıb. Bu qol isə təsəllidən başqa bir şey olmayıb. Eybar 1 Real 4.

Barselona isə bu həftə doğma meydan Selta Viqoyla qarşılaşıb və rəqibini 5 cavabsız qolla üstələyib. Cənubi Amerikalı cütlük fasiləyədək viqoluların qapısından hərəyə bir top vurublar. Əvvəlcə Messi ardınca Neymar qonaqları mərkəzə dəvət edib. 57-ci dəqiqədə İvan Rakitiç rəqib qapısına yol taparaq diqqətləri üzərinə cəlb edib. Çox keçməmiş müdafiədən hücuma atılan Samuel Umtiti də adını tabloya yazdıraraq hesabı 4:0 edib. Görüşdə sonuncu qola isə Messi imza atıb. Argentinalı 64-cü dəqiqədə dubl müəllifinə  çevrilməklə yekun hesabı təyin edib. Barselona 5 Selta Viqo 0.

Primeroda çempionluğa iddialılardan Atletiko da çıxdığı növbəti oyununu itkisiz başa vurub. Evdə Valensiyayla qarşılaşan madridlilər 3 cavabsız qolla rəqibini darmadağın edib. 10-cu dəqiqədə Antuan Qrizmanın qolu sayəsində sükutu pozan paytaxt klubu digər iki qolu fasilədən sonra vurub. İkinci hissənin əvvəlində Kevin Qameyro hesab arasındakı fərqi ikiyə çıxarıb. Qarşılaşmada sonuncu qol isə özünün ikinci komandasının 3-cü qoluna imza atan Qrizmanın ayağına yazılıb.

 

İspaniya La Liqası

XXVI tur

3 mart

 

“Betis” – “Real Sosyedad” – 2:3

Qollar: Mandi, 16, Sanabria, 65 – Con, 9, Xabi Prieto, 26, 72

 

4 mart

 

“Leqanes” – “Qranada” - 1:0

Qol: Maçis, 83

 

“Eybar” – “Real” - 1:4

Qollar: Benzema, 14, 25, Xames, 29, Asensio, 60
 

“Vilyarreal” – “Espanyol” - 2:0

Qollar: Soriano, 45, Lopez, 80 (öz qapısına)


“Barselona” – “Selta” - 5:0

Qollar: Messi, 24, 64, Neymar, 40, Rakitiç, 57, Umtiti, 61

 

5 mart

 

“Sportinq” – “Deportivo” - 0:1

Qol: Moskera, 45+1


“Atletiko” – “Valensiya” - 3:0

Qol: Qrizman, 10, 83, Qameyro, 48
 

“Las Palmas” – “Osasuna” - 5:2

Qollar: Xese, 7, 87, Livaxa, 55, Qarsiya, 70, Mesa, 76 - Kodro, 31, 37


“Atletik” – “Malaqa” - 1:0

Qol: Qarsiya, 72 (pen.)

 

6 mart

 

23:45 “Alaves” – “Sevilya”

 

Turnir cədvəli

 

1.

Barselona

26

18

6

2

76:21

60

2.

Real

25

18

5

2

67:26

59

3.

Sevilya

25

17

4

4

49:29

55

4.

Atletiko

26

14

7

5

48:22

49

5.

Real Sosyedad

26

15

3

8

42:36

48

6.

Vilyareal

26

12

9

5

38:19

45

7.

Atletik

26

12

5

9

32:30

41

8.

Eybar

26

11

6

9

42:37

39

9.

Espanyol

26

9

9

8

35:35

36

10.

Selta Viqo

25

10

5

10

39:44

35

11.

Alaves

25

8

9

8

25:31

33

12.

Las Palmas

26

8

8

10

40:41

32

13.

Valensiya

26

8

5

13

35:46

29

14.

Betis

25

7

6

12

27:41

27

15.

Malaqa

26

6

8

12

32:43

26

16.

Leqanes

26

6

6

14

21:40

24

17.

Deportivo

25

5

8

12

28:40

23

18.

Qranada

26

4

7

15

24:54

19

19.

Sportinq

26

4

5

17

27:55

17

20.

Osasuna

26

1

7

18

27:64

10

 

 

Orxan Cəfərzadə