• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1343
— 06.03.2017 10:03

Gözdən əlil insanlar üçün smart saatlar

Dünyada təxminən 285 milyon nəfərdən artıq gözdən əlil insan yaşayır. Belə insanları çox gözəl xəbər gözləyir. Cənubi Koreyanın Dot adlı firması dünyada ilk dəfə olaraq Braille əlifbalı saatını hazırlayıb. Ən əsası isə bu saatın xüsusiyyətləri 21-ci əsr texnlogiyalarından gözlədiyimiz kimidir. 

The Dot 4 aktiv Braille modulundan istifadə edərək mesajları sərgiləyir və istifadəçilər simvolların dəyişmə sürətini özləri tənzimləyə bilirlər. The Dot Bluetooth vasitəsilə “ağıllı” telefonlara qoşula bilir və hər hansısa bir tətbiqetmədən və ya servisdən gələn mesajları qəbul etməyi bacarır. 

İstifadəçilərin kənardakı düymələr vasitəsilə sadə mesajlar da göndərmək imkanları var. Eyni zamanda bu “ağıllı” saatın açıq API dəstəyi də var. Yəni, xüsusi olaraq bu saat üçün tətbiqetmələr hazırlamaq və mövcud tətbiqetmələri saata uyğunlaşdıraq olar. Gözdən əlil insanlar üçün müxtəlif rəqəmsal xidmətlər mövcuddur, ancaq, bunların əksəriyyəti səslərdən istifadə edir. Bu da öz növbəsində müəyyən problemlərə yol açır. Çünki istifadəçi ya qulaqlıq taxmağa, ya digər səslərdən uzaqlaşmağa, yaxud ətrafdakı bütün insanların eşidəcəyi bir səslə danışmağa məcburdur. Braille əlifbasından istifadə edən digər cihazlar həm çox bahadır, həm də bir o qədər rahat deyil. Görmə qabiliyyətini itirən insanlardan sadəcə 5 faizi bu cihazlardan istifadə edə bilir. Yeni saatın qiyməti barədə isə hələlik keç bir məlumat yoxdur. Sadəcə o aydındır ki, şirkət mart ayından başlayaraq saatlarını müştərilərə çatdıracaq. The Dot, 3 ildir hazırlıq mərhələsində idi.

 

Cavanşir Məmmədzadə