• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 06.03.2017 10:02

Yeni Lamborghini Huracan Nürburqrinqdə rekord qırdı

Lamborghini şirkəti gücləndirilmiş Huracan modelinin Nürburqrinq trassında rekorda imza atdığını elan edib. Performante versiyası dairəvi yolu 6 dəqiqə 52,01 saniyəyə qət edib. Bu, Porsche 918 Spyder-dən 5 saniyə tezdir və seriyalı yarış avtomobilləri arasında ən yüksək göstəricidir. İkiqapılı superkarı italyan test-pilot Marko Mapelli idarə edib. O, Aventador SV modelindən 7 saniyə cəld olub. Porsche 918 Spyder-in sürət göstəricisinə gəldikdə isə, alman maşın məşhur trassı 6 dəqiqə 57 saniyəyə dövr edib. Huracan Performante superkarının premyerası hələ olmayıb və onun haqqında rəsmi məlumat yoxdur. Güman edilir ki, yeni versiya standart “Hurakan”dan yüngüldür və 5,2 litr həcmli 640 at gücünə malik V10 mühərriki ilə təchiz olunub.

 

Cavanşir Məmmədzadə