• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 05.03.2017 16:46

İki piyada xəstəxanalıq oldu

KepezTV Player

Bu gün iki piyada yola düzəldiyinə, iki sürücü isə sükan arxasına keçdiyinə əməllicə peşman oldu. Xəsarətlərlə nəticələnən yol qəzalarında kimlərin günahkar olduğunu ancaq polisin araşdırmaları ortaya çıxaracaq. İndidən məlum olansa, həm cana, həm mala xələl gəlməsidir.

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. Şəhərin Şah İsmayıl Xətai prospektində Goranboy rayon sakini 59 yaşlı Bayram Mustafayev “QAZ 3129” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən şəhər sakini 63 yaşlı Xumar Quluzadəni vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan qadını özü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb.

Piyadanın xəsarət alması ilə nəticələnən daha bir qəza Tovuzda olub. Rayonun Əlimardanlı kəndində 45 yaşlı Fikrət Əliyev yolu keçmək istəyərkən "Hyundai" markalı avtomobil onu vuub. Yaralı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Gəncədəki özəl xəstəxanalardan birinə göndərilib. Hadisəni törədən sürücünün tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri aparılır. Fakt araşdırılır.
 

Zülfiyyə Telmanqızı