Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Mənzilin qapısı açılıb və oradan 83 yaşlı Vahid İsmayılovun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat 09:40-da başa çatıb.
Gülnar Fazilqızı
- Baxış: 627