• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 04.03.2017 15:18

5 mart Bədən Tərbiyəsi və İdman günü ilə bağlı Gəncədə qaçış yarışı keçirilib

KepezTV Player

Birincilikdə müxtəlif yaş qruplarını əhatə edən 100-ə yaxın atlet iştirak edib. Yarışa orta ümumtəhsil, idman və ali məktəblərin təmsilçiləri qatılıb. Nəticələrə əsasən, qızlar arasında 1 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Ayşən Ağayeva bütün rəqiblərini arxada qoyaraq yarışın qalibi olub. Oğların mübarizəsində isə finiş xəttini Gəncə Dövlət Universitetindən Cavid Qəribov birinci keçib. Birinciliyin sonunda mükafatlandırma mərasimi keçirilib. İlk 3 yeri tutan idmançılara fəxri fərman və hədiyyələr təqdim edilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən əlamətdar gün münasibəti ilə daha bir neçə idman növü üzrə yarış düzənlənib. Şahmat, dama və stolüstü tennis turnirləri belələrindəndir.