• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 04.03.2017 15:53

Qərb bölgəsinin fəal qadınları Gəncədə “Müasir Azərbaycan Qadını” adlı tədbirdə bir araya gəliblər

KepezTV Player

Cəmiyyətdə Azərbaycan qadının rolu, mövqeyi, qayğıları və üzləşdikləri problemlər bu bün Gəncədə diqqət mərkəzində olub. Parlamentin qadın deputatları, şəhərin və bölgənin fəal qadınları “Müasir Azərbaycan Qadını” adlı tədbirdə bir araya gələrək mövzu ətrafında müzakirələrə qatılıb. Problemlərlə üzləşən, zorakılığı məruz qalan, sosial çətinlikləri olan qadınlara psixoloji dəstəyin göstərilməsi və bərpaedici treninqlərə cəlb olunmalarının müsbət nəticələri aşılanıb. Bu istiqamətdə cəmiyyət olaraq hər bir fərdin, ictimai təşkilatların və dövlət orqanlarının birgə fəaliyyətinin önəminə toxunulub.

Təranə Məmmədova- Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri: “Bildiyiniz kimi ailənin işlərində daha çox qadınlar məşğul olduğu üçün ən çox stress, psixoloji gərginliyi bizim qadınlarımız keçirir. Biz istədik qadınlarımız üçün sosial bir layihə həyata keçirək. Və ilk dəfə olaraq Azərbaycanda belə bir psixoloji layihə həyata keçirdik. Bu günə qədər bizə 400-dən artıq qadın müraciət edib”.
 

Elton Cabbarlı