• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 04.03.2017 15:58

Tələbələr kitaba marağı artırmaq üçün Gəncədə kitab evi açıblar

KepezTV Player

Yaşından asılı olmayaraq mütaliə etmək istəyənlər Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alanların bu layihəsindən faydalana biləcək. Hələ ki, 200-dən artıq elmi və bədii ədəbiyyat oxuculara təklif olunur. Lakin elmin açarının kitablardan keçdiyini anlayanlar bu sayı və çeşidi artırmaq niyyətindədirlər. Təşkilatçılar kitabxanada yerli və dünya ədəbiyyatına aid olan kitabların oxucularla mübadiləsini, həmçinin kitabların evlərə aparılmasını da nəzərdə tuturlar. Kitab Evi həftənin bütün günləri saat 10-dan 19-dək oxucuların ixtiyarında olacaq.


Fikrət Zeynalov- təşkilatçı: “Hal-hazırda ölkəmizdə internetin daha çox yayıldığı bir vaxtda yaşayırıq, ona görə, hamı bundan geniş istifadə edir və bu da kitaba meyli azaldır. Ona görə, bu layihəni biz irəli sürdük ki, yenidən kitaba marağı oyadaq və gənclərimizi elmə, mütaliyəyə həvəsini artıraq”.

 

Xaliq Qurbanlı