• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 04.03.2017 14:03

Kamranla Emin yenə meydana çıxmadı

Futbol üzrə Portuqaliya çempionatında 24-cü turun oyunları keçirilib. Milli komandamızın futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun klubu "Boavişta" da növbəti matçına çıxıb.

Kollektiv səfərdə "Moreyrense" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Eminlə Kamranın adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

"Boavişta" hazırda 30 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Azad Rəfi