• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 04.03.2017 13:43

Fransa çempionatında 28-ci turun oyunları keçirilir

Turun ilk oyununda “Bordo” “Lion” ilə qarşılaşıb. 1:1 hesablı bərabərliklə yekunlaşan görüşdə komandalar hər hissədə bir dəfə fərqləniblər. Əvvəlcə jirondistlər Valentin Vadanın qolu ilə hesabı açıblar. “Lion”un cavab qolunu sona az qalmış Emanuel Mammana vurub. Turnir cədvəlində qonşu olan komandalar bu nəticə ilə aradakı 4 xallıq fərqi qoruyublar. 47 xala malik “Lion” 4-cü, 43 xallı “Bordo” 5-cidir. 

Fransa Liqa 1, 28-ci tur

3 mart

Bordo - Lion 1:1

Qol: Vada, 16 - Mammana, 79.

Azad Rəfi