KepezTV Player
Şəmkirli gənclər nümunəvi çıxışları ilə diqqət çəkib. Müxtəlif növlər üzrə nümayiş etdirilən idman hərəkətləri maraqla izlənilib. Şəmkir idmançılarının respublika və beynəlxalq yarışlarda qazandığı uğurlara nəzər yetirilərək rayonda 1000-ə yaxın yeniyetmə və gəncin idmanın müxtəlif növləri ilə məşğul olduğuna diqqət çəkilib. 2017-ci ildə rayon idmançıları beynəlxalq yarışlarda 10 müxtəlif əyyarlı medal qazanıb. Respublika yarışlarında isə medalların sayı 30-a çatıb. Şəmkir futbol klubunun ölkə çempionatındakı çıxışının da idmana olan diqqətin nəticəsi olduğu bildirilib.
Natiq Hüseyn
- Baxış: 481