Goranboyda bədbəxt hadisə zamanı qız xəsarət alıb. Rayonun Qızılhacılı kənd sakini 12 yaşlı Güllü Məmmədova müxtəlif bədən xəsarəti ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsi zamanı ona sağ alın nahiyyəsinin əzilmiş yarası və üz nahiyyəsinin çox saylı siyrılmış yarası diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, ambulator müalicəyə buraxılacaq. Yaxınlarının deməsinə görə Güllü Məmmədova yıxılıb.
- Baxış: 515