Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.03.2017 20:39
Gəncədə yaşayış evi yanıb
KepezTV Player
Gəncədə yaşayış evində yanğın çıxıb. Məshəti qəsəbəsində yerləşən, 76 yaşlı Ağaməmməd Mehdiyevə məxsus, ümumi sahəsi 105 kv metr olan 1 mərtəbəli, 3 otaqlı tikilidə baş verən yanğının söndürülməsi üçün əraziyə Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Otaqlardan biri əşyalarla birgə 50 kv metr sahədə yararsız hala düşüb. Evin digər hissəsi alovdan mühafizə olunub. Fakt araşdırılır.
- Baxış: 668




