KepezTV Player
Futbol üzrə Azərbaycan birinci divizionunda 18-ci turun mərkəzi görüşü Tovuzda oynanılacaq. Martın 4-də yerli “Turan Tovuz” əzəli rəqibi “Şəmkir” ilə üz-üzə gələcək. Aşağı liqada qərb derbisi çərçivəsində görüşəcək tərəflər çempionluq uğrunda mübarizə apardığından bu amil oyuna əlavə rəng qatacaq.
Xatırladaq ki, bu komandalar arasında ilk dövrədə Şəmkirdə keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə nəticələnib. Odur ki, qış fasiləsində heyətini yeni futbolçularla gücləndirən “qırmızı-ağlar” revanş arzusundadırlar.
17 oyundan sonra Tovuz klubu 42 xalla çempionatın lideridir. “Şəmkir” isə 34 xalla turnir cədvəlində 3-cüdür.
Azad Rəfi
- Baxış: 456