Martın 9-da Doha şəhərində Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Baş məşqçi Robert Prosineçki görüşə 23 oyunçu dəvət edib. Bu futbolçulardan 4-ü debütantlardır. “Qarabağ”ın braziliyalı legioneri Riçard Almeyda milliləşərək ilk dəfə əsas milliyə çağırılıb. Bundan başqa Tellur Mütəllimov, Abbas Hüseynov və Şahrudin Məhəmmədəliyev də ilk dəfə əsas milliyə cəlb olunub. Matç FİFA pəncərəsində olmadığı üçün Prosineçki xarici klublarda çıxış edən oyunçularımıza dəvət göndərməyib. Milliyə dəvət alan futbolçuların siyahısı Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”) Yarımmüdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namiq Ələsgərov ("Neftçi”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”) |
||
Orxan Cəfərzadə |
||
- Baxış: 332